19 
Noy
2018
16:57
62
15
2329
Virtual karabakh

UESS peşəkar fəaliyyətə başlayıb - FOTO

19 Noy, 2018
16:57
2329

UESS peşəkar fəaliyyətə başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Uşaq Estrada sənəti bölümündə məşğələlər başlanılıb.

Bu barədə Oxu.Az-a UESS estrada bölməsinin təsisçisi və rəhbəri, “We are talents” layihəsinin müəllifi və rejissoru Fidan Mir-Qədirova məlumat verib.

Qeyd edək ki, Azərbaycanda ilk və hələlik yeganə olan bu eksperimental layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşdirilir.


Məşğələlər müasir təlim metodikaları əsasında (estrada vokalı, xüsusi ustalıq, nömrələrin quruluşu, rəqslər, musiqi təhsili, ansambl, musiqi dinləmə), dərslər xüsusi proqram üzrə aparılır.


Vokal üzrə kiçik yaş qrupuna Humay Süleymanbəyli, böyük yaş isə qrupuna Emma Ələkbərzadə rəhbərlik edir.


Eldar Qafarovun rəhbərlik etdiyi sinif zərb alətlərində ifa bacarığı üzrə ixtisaslaşır.

Həmçinin Araz Hümbətlinin rəhbərlik etdiyi gitara (akustika, elektro, bas) sinfi.

Fidan Mir-Qədirovanın sözlərinə görə, UESS korlanmış musiqi zövqü ilə mübarizə formasıdır, Məqsəd hazır artistlərin buraxılması və onların səhnədə formalaşmasıdır.

Əsas məqsəd UESS-i Azərbaycanda və xaricdə layiqli təmsil edəcək Emil Minyaşevin rəhbərliyi altında uşaq ansamblı yaratmaqdır.

Telefon: 050 233 04 54
Elektron poçt ünvanı: [email protected]
Ünvan: Bakı, HeydərƏliyev prospekti, 67

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri