20 
Noy
2018
22:11
26
227
15934
Virtual karabakh

Gəncədə təhlükəli tapıntı - FOTO

20 Noy, 2018
22:11
15934

Gəncədə təhlükəli tapıntı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində partlamamış hərbi sursat tapılıb. 

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları Gəncə şəhəri, Kəpəz rayonu, Xəqani küçəsi 16 ünvanında bir ev və həyətyanı sahəyə baxış keçiriblər.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən bir ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri