21 
Noy
2018
10:48
138
15
1776
Virtual karabakh

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

21 Noy, 2018
10:48
1776

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia Azərbaycana səfərə gəlib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə iştirak etməkdir. 

Bildirilib ki, Y.Gülerin və V.Çaçibaianın rəhbərlik etdikləri nümayəndə heyətləri noyabrın 21-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Qonaqlar Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsi önünə, eləcə də, şəhid məzarlarına əklil və gül dəstələri qoyublar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri