21 
Noy
2018
11:34
22
241
12483
Virtual karabakh

Metroda bədbəxt hadisə: maşinist vaqonların arasına yıxıldı

21 Noy, 2018
11:34
12483

Metroda bədbəxt hadisə: maşinist vaqonların arasına yıxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Metropoliteni”nin bənövşəyi xəttinin “Memar Əcəmi-2” stansiyasında maşinist ehtiyatsızlıq səbəbindən vaqonların arasına düşərək xəsarət alıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Oxu.Az-a verdiyi açıqlamaya görə, hadisə noyabrın 19-u səhər saatlarında baş verib:

“Hadisə iki gün əvvəl baş verib. Həmin gün metronun Bənövşəyi xətt üzrə “Avtovağzal-Memar Əcəmi-2” stansiyasına hərəkət edən qatarın maşinisti Rəmzi Rüstəmov təhlükə ilə üzləşib. 

Belə ki, maşinist “Avtovağzal” istiqamətində platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, yıxılıb. Xoşbəxtlikdən əməkdaşlarımız bunu görüb və dərhal müdaxilə edərək onu xilas ediblər. 

R.Rüstəmov xəstəxanaya çatdırılıb. Çox ciddi xəsarət almayıb, sadəcə, qolu sınıb. Hazırda maşinist işə çıxmır və bülletendədir. Əmək Müfəttişliyinə faktla bağlı məlumat verilib, hadisə araşdırıldıqdan sonra yekun qərar veriləcək”.

Qeyd edək ki, insidentlə ilə bağlı ilk məlumatı Modern.az saytı yayıb.

Könül Cəfərli 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri