21 
Noy
2018
12:18
37
50
3797
Virtual karabakh

“Mobil reportyor”: Video göndər, telefon qazan!

21 Noy, 2018
12:18
3797

“Mobil reportyor”: Video göndər, telefon qazan!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci ol və Oxu.Az-dan mobil telefon qazan!

Baku.TV videoportalı Oxu.Az-la birlikdə elan etdiyi “Mobil reportyor” rubrikasını davam etdirir!

Noyabr ayının sonuna sayılı günlər qaldı! Qalib olmaq istəyirsinizsə, tələsin! Noyabr ayı üçün redaksiyamıza göndərilən videolar arasında baxış sayına görə üç video liderlik edir:

Birinci yerdə müəllifi Qismət Kərimov olan videodur. Görüntülərdə servis maşınının süpürgəçi qadını vurub öldürdüyü əks olunub. Video yükləndiyi andan bu günə qədər 42 min 500 baxış toplayıb.

İkinci yerdə müəllifi Aslan Dadaşov olan videodur. Görüntülərdə “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın anbaan əks olunub. Video sayta yükləndikdən bu günə qədər 17 min 900 baxış toplayıb.

Üçüncü yerdə müəllifi Fərid Kazımlı olan video qərarlaşıb. Görüntülərdə Abşeronun Mehdiabad qəsəbəsində qəbiristanlığın sökülməsi əks olunub. Video yükləndiyi gündən indiyədək 13 min 400 baxış toplayıb.

Əgər siz də qalib olub “Xiaomi Redmi 6” smartfonunu qazanmaq istəyirsinizə, bu müsabiqə məhz sizin üçündür! Ətrafınızda şahidi olduğunuz maraqlı və vacib hadisələri çəkib bizim [email protected] ünvanımıza və ya redaksiyanın “Whatsapp” (“Telegram”) nömrəsinə: (+99455) 974-34-03 göndərin.

İştirakçılar üçün əsas tələblər çox sadədir: video sizin tərəfinizdən çəkilməli və yalnız bizim saytlarda yayımlanmalıdır.

Təqdim olunan videomateriallar Azərbaycan Respublikasının mövcud qanunvericilik normalarına zidd olmamalı və müəllif hüquqlarını pozmamalıdır.

Bütün göndərilən videolar Baku.tv saytının müvafiq bölməsində yayımlanacaq və xəbər şəklində Oxu.Az saytında yerləşdiriləcək (xəbərin yazılması barədə qərarı yalnız Oxu.Az-ın redaksiyası qəbul edir). Ay ərzində ən çox baxılan videonun müəllifi mükafat olaraq “Xiaomi Redmi 6” smartfonunu qazanacaq.

Müsabiqədə iştirak şərtləri:

İnternetdən götürülmüş və redaksiyaya göndərilmiş videolar hətta saytda yayımlansa belə, müsabiqəyə qəbul edilmir.

Müsabiqə üçün redaksiyaya göndərilmiş videolar yalnız saytlarda (Baku.Tv və ya Oxu.Az-da) yayımlandıqdan sonra müsabiqədə iştirak edir.

Videonun yayımlanması ilə bağlı qərar redaksiya tərəfindən qəbul edilir və onun müəllifi qəbul edilmiş qərarla bağlı məlumatlandırılır.

Qalib hər ayın ilk günündə Baku.Tv saytının müvafiq bölməsindəki baxış sayına uyğun elan edilir.

Baxış sayını süni artırmaq mümkün deyil, hətta bütün günü F5 düyməsini basmaqla belə. Biz artıq lazımi qərarları qəbul etmişik və hər şey ədalətli olacaq!

Bizim müsabiqəmizdə iştirak edin və qalib olun! Bütün iştirakçılardan yalnız müsbət videolar almaq arzusu ilə! Hər kəsə uğurlar!

* Qalibə təqdim olunacaq smartfonun arxa qapağında “Noyabr 2018” (nümunə kimi) yazısı (ilin hər ayına görə yazı dəyişəcək) və Oxu.Az-ın loqotipi əks olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri