24 
Noy
2018
09:12
24
211
10135
Virtual karabakh

Azərbaycanda cəmi bir həkimi olan xəstəxana - VİDEO

24 Noy, 2018
09:12
10135

Azərbaycanda cəmi bir həkimi olan xəstəxana - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı rayonu, Lahıc qəsəbəsində yeni inşa edilərək müasir avadanlıqlarla təchiz olunan xəstəxana olsa da, burada həkim yoxdur. 

Oxu.Az-ın xəzərxəbər.az-a istinadən məlumatına görə, xəstəxananın cəmi bir həkimi var, o da 81 yaşındadır. 

Xəstəxana binası müasir formada təmir edilib, zəruri avadanlıqlarla təchiz olunub. Tibb ocağının təcili tibbi yardım maşını belə var.

1968-ci ildən bəri Lahıc qəsəbəsi ilə yanaşı 15-dən çox kəndin sakinləri bu xəstəxanaya müraciət edir. Xəstəxananın yeganə həkimi olan 81 yaşlı Sədrəddin İsgəndərov müraciət edən bütün xəstələri özü qəbul edir. Həkim hətta, hamilə qadınların müraciətlərini də geri çevirməyib.

Təcrübəli həkim deyir ki, bu xəstəxananın baş həkimi də, travmatoloqu da, tibb işçisi də, mama -ginekoloqu da özüdür. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri