26 
Noy
2018
18:19
17
898
17145
Virtual karabakh

Səkkiz yaşlı oğlu ilə birgə parkda yatan süpürgəçi qadın - VİDEO

26 Noy, 2018
18:19
17145

Səkkiz yaşlı oğlu ilə birgə parkda yatan süpürgəçi qadın - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda yaşayan Nazilə Musayeva adlı qadın acınacaqlı vəziyyətdədir.  

Oxu.Az-ın baku.ws-ə istinadən məlumatına görə, onun yaşayışı haqda sosial şəbəkədə video yayımlanıb. 

Bildirilir ki, Naziləni uşaq ikən İmişlinin Nurlu kəndində yaşayan Əzizulla adlı şəxs internatdan övladlığa götürüb. Ailə onu istismar (qız uşağına uyğun olmayan işlər gördürməklə) etdikdən sonra evli bir bəyə ərə verib. Nazilənin ondan övladı dünyaya gəldikdən sonra isə, həmin bəy onu tərk edir. 

Süpürgəçi işləyən Nazilə ayda 123 AZN maaş alır. Bu isə onun gündəlik xərclərini qarşılamır. Kirayə pulunu vaxtlı-vaxtında ödəyə bilməyən qadın həmin evdən çıxarılıb və hazırda 1 övladı ilə küçələrdə yaşayır. Nazilənin 8 yaşlı oğlu maddi imkansızlıqdan təhsilini davam etdirə bilmir. 

Ailəyə yardım etmək istəyənlər, (050) 210 27 35 (Xəyyam bəy) nömrəsi ilə əlaqə saxlaya bilərlər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri