26 
Noy
2018
18:45
506
52
15735
Virtual karabakh

Bakıda yol polisi hamilə qadına kömək etdi - FOTO

26 Noy, 2018
18:45
15735

Bakıda yol polisi hamilə qadına kömək etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər sakini İlyas Hüseyn oğlu Xudaverdiyev Oxu.Az saytının redaksiyasına  müraciət edərək bu gün yol polislərinin dostunun hamilə həyat yoldaşına kömək etməsindən danışıb.

Onun sözlərinə görə, o dostunun hamilə həyat yoldaşını doğum evinə  aparırmış. Yolda gözlənilmədən qadının doğuş sancıları başlayıb.

“Mən bilmirdim nə edim. Yolda sıxlıq idi. Dövlət Yol Polisi əməkdaşlarının avtomobilini görüb, yaxınlaşdım, bildirdim ki, kömək lazımdır. Həmin an kritik vəziyyət yaranmışdı”,- deyə həmsöhbətimiz bildirib.

Xudaverdiyevin müraciət etdiyi yol polisləri dərhal yolu açaraq, hamilə qadının vaxtında xəstəxanaya çatdırılması üçün kömək etməyə başlayıblar.

“Beş dəqiqə sonra doğum evinin qarşısında idik. O iki serjant sayəsində hər şey yoluna düşdü. Dostumun oğlu doğuldu. Mən xəstəxanadan çıxanda polislər artıq getmişdilər. DİN-in 102 qaynar xəttinə zəng edib polislərə təşəkkürümü bildirdim”.

Oxu.Az bu hadisə barəsində DYP-nin şöbə müdiri Vaqif Əsədovdan məlumat alıb.

“99-YP-328 dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajına vətəndaş yardım üçün müraciət edib və onlar hamilə qadının olduğu avtomobili xəstəxanaya qədər müşayiət ediblər”.

Vaqif Əsədovun sözlərinə görə bu həmin ekipaja gələn dördüncü təşəkkür zəngidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri