28 
Noy
2018
13:21
33
38
3094
Virtual karabakh

Bakıda “E-Commerce 1.0” tədbiri keçiriləcək

28 Noy, 2018
13:21
3094

Bakıda “E-Commerce 1.0” tədbiri keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 dekabr 2018-ci il tarixində “Four Seasons” hotelində Azərbaycanın ilk onlayn ticarət mərkəzi olan “SHOP.AZ” və “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin birgə təşkilatçılığı ilə  “E-Commerce 1.0” tədbiri keçiriləcək.

Tədbirin məqsədi dövlət nümayəndələrini, pərakəndə satış şirkətlərini, marketinq agentliklərini, çatdırılma şirkətlərini, ödəmə platformalarını və digər e-ticarət mühitinin iştirakçılarını bir araya gətirərək onlara bu istiqamətdə davamlı inkişaf  üçün konstruktiv həll yolları təqdim etməkdir. 

Özəl sektoru hədəfləyən elektron ticarətə həsr olunmuş tədbirdə e-ticarət sahəsində nailiyyətlər əldə etmiş “Hepsiburada.com”, “Alibaba.com” kimi irimiqyaslı layihələrin nümayəndələri və digər xarici spikerlər 300-ə yaxın yerli iştirakçı üçün öz təcrübələrini bölüşəcəklər. 

E-commerce 1.0 haqqında ətraflı məlumat üçün https://ecommerce.shop.az/ səhifəsinə daxil ola bilərsiniz.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri