30 
Noy
2018
12:14
14
152
3258
Virtual karabakh

Güclü külək paytaxtda 80 ağacı aşırıb

30 Noy, 2018
12:14
3258

Güclü külək paytaxtda 80 ağacı aşırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gündən paytaxtda əsən güclü külək nəticəsində paytaxtın müxtəlif istiqamətlərində 80 ağac aşıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, dünən günorta saatlarından bu saata qədər 76 ağacın aşması ilə bağlı məlumat daxil olub:

“Ötən gündən paytaxtın müxtəlif istiqamətlərində güclü külək nəticəsində 80 ağac aşıb. Çoxsaylı budaq qırılmaları qeydə alınıb. Müraciətlər arasında çoxluq, əsasən, Yasamal, Xətai və Nəsimi rayonları ərazisinə düşür. Güclü küləklə əlaqədar bitkilərin mühafizəsi şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Ağac aşması faktı ilə müraciət daxil olan bütün ünvanlara gecə saat 05:00 radələrində əməkdaşlar cəlb edilib, yaranan fəsadlar aradan qaldırılıb. Daxil olan müraciətlər əsasında paytaxt ərazilərinin 99 faizi aşan ağaclardan təmizlənib. Ağacların aşması nəticəsində insan tələfatı və avtomobillərə ziyan dəyməyib”.

O.Məmmədov onu da əlavə edib ki, güclü külək hətta sağlam ağacları da aşırıb:

“Ağaclar arasında qurumuş, yaşlı ağaclarla yanaşı, sağlam ağacların olmasını nəzərə alaraq, vətəndaşlara diqqətli olmağı tövsiyə edirik. Hazırda aşma təhlükəsi olan ağaclar nəzarətdə altında saxlanılır. Şəhərin müxtəlif ərazilərinə ehtiyat məqsədilə texnikalar cəlb edilib.

Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.

Könül Cəfərli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri