Dek
2018
09:11
305
11
13449
Virtual karabakh

Rusiyada aeroporta adı verilən əfsanəvi azərbaycanlı kimdir?

5 Dek, 2018
09:11
13449

Rusiyada aeroporta adı verilən əfsanəvi azərbaycanlı kimdir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Tümen vilayətinin Surqut şəhərindəki aeroporta geoloq Fərman Salmanovun adı verilməsi planlaşdırılırdı. 

Səsvermənin yekunlarına əsasən, Surqut aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq. 

Oxu.Az əfsanəvi geoloq Fərman Salmanovun dosyesini təqdim edir:

Fərman Qurban oğlu Salmanov Rusiya tarixində Tümenin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi tanınır.

O, 28 iyul 1931-ci ildə Şəmkirdə anadan olub. Azərbaycan Sənaye İnstitutu, indiki Azərbaycan Dövlət Neft Akademiyasının geoloji kəşfiyyat fakültəsini bitirib. Kuzbasa neft-qaz yataqlarına kəşfiyyata göndəriləndə qərara gəlir ki, orada heç bir neft-qaz potensialı yoxdur. Sovet rəsmilərindən icazəsiz könüllülərlə Sibirin Surqut bölgəsinə gedir. O vaxtlar Sibir perspektivsiz ərazi sayılırdı.

Salmanov 1961-ci il 21 martda Megion yatağını kəşf edir və orada qazılan ilk kəşfiyyat quyusu fontan vurur. Geologiya Nazirliyindəki əleyhdarları neft fontanının tezliklə tükənəcəyini deyirlər. Salmanov Üst-Balıqda II neft-qaz yığımını kəşf edir, N.Xuruşova məktub göndərir:

“Mən neft tapmışam. Bax, belə”. 

Bir müddət sonra Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini anlayırlar, Sibir ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilir.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edib, 100-dən artıq nəhəng neft-qaz yatağını kəşf edib və ya bəzilərinin kəşfində iştirakçı olub.

1978-ci ildən 1987-ci ilə qədər Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsinə rəhbərlik edib.

1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin I müavini kimi işləyib. Həyatının sonuna qədər Rusiyanın “İtera Qaz Şirkəti” prezidentinin məsləhətçisi kimi çalışıb.

160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifi, Rusiya Elmlər Akademiyasının müxbir üzvi, “Lenin ordeni”, “Sosialist Əməyi Qəhrəmanı”, “Qırmızı Əmək Bayrağı ordeni”, “Surqut şəhərinin fəxri vətəndaşı” və s. kimi ordenlərlə təltif olunub. Haqqında “Tayqa qəhrəmanı” sənədli filmi çəkilib.

2007-ci il 31 martda 75 yaşında Moskvada vəfat edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri