Dek
2018
22:21
446
87
13608
Virtual karabakh

Türkiyədə “fahişə əməliyyatı”: azərbaycanlılar saxlanıldı

1 Dek, 2018
22:21
13608

Türkiyədə “fahişə əməliyyatı”: azərbaycanlılar saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə Balıkesirin Sındırqı rayonunda polis “fahişə əməliyyatı” təşkil edib.

Oxu.Az “Hürriyet”ə istinadən xəbər verir ki, rayon Polis İdarəsinə əcnəbi qadınları müxtəlif yollarla fahişəliyə cəlb edənlər barədə şikayət daxil olub.

Bundan sonra hərəkətə keçən polis 10 nəfər müəyyənləşdirib və əməliyyat başlayıb. Əməliyyat zamanı fahişəliyə vasitəçilik etməkdə şübhəli bilinən doqquz nəfər, eləcə də, dördü azərbaycanlı olmaqla, beş qadın tutulub.

Tutulanların ifadələri ilə biri azərbaycanlı olmaqla iki kişi və bir qadın ələ keçib.

Şübhəlilərdən səkkiz nəfəri azadlığa buraxılıb, onlardan ikisi qadındır. Digərləri hakim qarşısına çıxarılıb və barələrində həbs qərarı verilib.

Azərbaycanlı qadınlar Əcnəbilərlə iş müdirliyinə təslim edilib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri