Dek
2018
17:07
52
126
11099
Virtual karabakh

Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

3 Dek, 2018
17:07
11099

Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Oxu.Az xəbər verir ki, prosesə sədrlik edən hakim Mirzə Xankişiyev bildirib ki, zərərçəkmiş şəxs qismində tanınan L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini bildirib. 

Bu səbəbdən o, məhkəmə iclasına gələ bilməyib. 

Hakim qeyd edib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan iclas aparıla bilməz. 

Buna görə məhkəmə iclası dekabrın 12-dək təxirə salınıb. 

Etibar Məmmədov

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri