Dek
2018
16:00
63
185
8137
Virtual karabakh

İstanbulda küçə musiqiçisi olan görmə məhdudiyyətli azərbaycanlı qız - VİDEO

4 Dek, 2018
16:00
8137

İstanbulda küçə musiqiçisi olan görmə məhdudiyyətli azərbaycanlı qız - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Görmə məhdudiyyətli azərbaycanlı Səidə Kılıç İstanbulun İstiqlal küçəsində musiqi ifa edərək, ailəsini dolandırır. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiyada musiqi təhsili alan qız bir müddət sonra sosial şəbəkədə tanış olduğu Türkiyə vətəndaşı olan Erkan Kılıçla evlənib. 

O, özünü qüsurlu kimi görmədiyini bildirib:

“Günlərin mənim üçün elə fərqi yoxdur. Dünya Əlillər Günü mənim üçün mənasız gəlir. Bu, bayram deyil. Mənim sağlamlardan heç bir fərqim yoxdur. Konservatoriya məzunuyam. Ali təhsilim var. Sağlam insanların edə bildiklərini mən də edirəm. Buna görə özümü qüsurlu saymıram. Qəlbin, beynin, düşüncələrin, həyata baxışın qüsurlu olmasın, bəsdir”.

Səidə Erkanla tanışlığı barədə də danışıb.

“Sosial şəbəkədən istifadə edirdim. Erkan mənə dostluq istəyi göndərdi. Belə tanış olduq. Gəldi və məni Azərbaycandan qaçırdı. İki yaşında qızımız var. Aeroportdan çıxan zaman polislər məndən hara getdiyimi soruşdular. Mən də onlara qorxmadığımı, sevərək getdiyimi dedim. “Halal olsun” deyərək, yolumuzdan çəkildilər”, - azərbaycanlı qız deyib. 

Erkan Kılıç da həyat yoldaşının qüsurlu olub-olmamasının onun üçün fərqinin olmadığını qeyd edib. 

“Sosial şəbəkədə bir müddət danışdıq. Evlənməyə qərar verdik. O, mənə qüsurlu olduğunu dedi. Ancaq bunun mənim üçün heç bir fərqi yoxdur”, - Erkan əlavə edib.

Samir İsayev

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri