Dek
2018
17:22
105
37
3301
Virtual karabakh

Bakıda saxlanılan keçmiş qırğız məmur vətəninə qaytarılacaq

5 Dek, 2018
17:22
3301

Bakıda saxlanılan keçmiş qırğız məmur vətəninə qaytarılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin keçmiş sədri Adamkul Junusovun Bişkekə qaytarılması ilə bağlı müvafiq prosedur məsələlərini yerinə yetirmək üçün yaxın vaxtda Bakıya müstəntiqlər qrupu göndəriləcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Qırğız Respublikası mətbuatında yayılan məlumata görə, bunu ölkənin Dövlət İqtisadi Cinayətlərlə Mübarizə Xidmətindən bildirilib.

Həmçinin bu şəxsin Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanıldığını təsdiqlənib.

Qırğız Respublikasında 2013-2016-cı illərdə Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışmış, bu il avqust ayından İnterpol xətti ilə axtarışa verilən Ədəmqul Junusov Cinayət Məcəlləsinin xidməti 304-cü maddəsi (vəzifəsindən sui-istifadə) ilə ittiham olunur.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri