Dek
2018
16:50
43
99
6929
Virtual karabakh

Bakıda bahalı hədiyyə kuponları tapıldı - FOTO/VİDEO

6 Dek, 2018
16:50
6929

Bakıda bahalı hədiyyə kuponları tapıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu yaxınlarda tanınmış videobloqerlər Əlixan Rəcəbov, Taleh Yüzbəyov və Erkin Erginin iştirakı ilə “Sən Tap” macəra oyunu başlayıb. Oyunun şərtlərinə əsasən, hər həftə şəhərin müəyyən yerlərində 1100 manatlıq televizor, 300 manatlıq saat və 200 manatlıq kupon gizlədilir (hədiyyələr növbəti həftələrdə dəyişə bilər).

İştirakçılar, sadəcə olaraq, Əlixan Rəcəbovun hər şənbə saat 20:00-da səsləndirdiyi tapmacaları tapmaqla həmin hədiyyələri əldə edə bilərlər. Oyuna heç bir ödəniş etmədən, heç bir SMS göndərmədən qoşulmaq mümkündür. İştirakçı olmaq üçün sponsorların səhifə və kanallarına abunə olmaq lazımdır.

Tapmacalar yazıçı Den Braunun “Da Vinçi kodu” və “Mələklər və şeytanlar” əsərlərindəki tapmacalar formatında yazılıb. Bu tapmacaları tapmaq üçün Bakını yaxşı tanımalı və iti ağıla sahib olmalısınız.

Oyun başlayandan sonra hamıdan tez göstərilən ünvana özünüzü çatdıra bilsəniz, qalib siz olursunuz.

Hədiyyələri sizə növbəti gün Taleh Yüzbəyov və ya Erkin Ergin təqdim edəcək. Layihə rəhbəri Orxan İsgəndərli və Taleh Yüzbəyovdur. 

Oyuna qoşul və sən tap! Çünki sən tapmasan, başqası tapacaq.

Daha ətraflı məlumatı “Sən Tap” “YouTube” kanalından əldə edə bilərsiniz:

https://www.youtube.com/sentapquest

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri