Dek
2018
11:31
23
578
11522
Virtual karabakh

Bakıda zibil maşını piyadanı vurub öldürdü - YENİLƏNİB + VİDEO

8 Dek, 2018
11:31
11522

Bakıda zibil maşını piyadanı vurub öldürdü - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb. 

Belə ki, Şamaxı rayon, Sündlü kənd sakini, 1972-ci il təvəllüdlü Ağababayev Qəhrəman Ağarza oğlu Nəsimi rayon İcra Hakimiyyətinə məxsus idarə etdiyi “İveco Euro Cargo” markalı, 99-JF-567 dövlət qeydiyyat nişanlı özüyükboşaldan maşın ilə yolu keçmək istəyən Bakı şəhər sakini Kərimli Cümşüd Cəmil oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Nəsimi RPİ-də Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

07.12.2018 12:19

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Zibil daşıyan maşın orta yaşlı kişini vuraraq öldürüb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Könül Cəfərli

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri