Dek
2018
13:52
12
174
4854
Virtual karabakh

Mühafizə Alayında əsgər yaralandı - RƏSMİ

7 Dek, 2018
13:52
4854

Mühafizə Alayında əsgər yaralandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə əsgərin yaralanması ilə nəticələnən insident olub.

Penitensiar xidmətin ictimayyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, 6 noyabr 2018-ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının bölüyündə həqiqi hərbi xidmət keçən əsgər Qarayev Orxan Əhəd oğlu qaravul xidmətində olarkən ona təhkim olunmuş silahla ehtiyatsız davranışı nəticəsində açılmış atəşdən xəsarət alıb.

Əsgərə ilkin zəruri tibbi yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib. Hazırda əsgər O.Qarayevin vəziyyəti stabildir, həkim nəzarəti altındadır. 

Faktla bağlı Bakı şəhər Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri