10 
Dek
2018
14:09
32
200
5714
Virtual karabakh

Türkiyə vətəndaşı Bakıda gecə klubunun qarşısında öldü

10 Dek, 2018
14:09
5714

Türkiyə vətəndaşı Bakıda gecə klubunun qarşısında öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə vətəndaşı Bakıda küçədə ölüb.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsində “Boss Klub” gecə klubunun qarşısında baş verib.

Türkiyə vətəndaşı, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 1, mənzil 51-də müvəqqəti qeydiyyatda olan Rəcbər Taner Bakı şəhər sakini İsmayılov Zaur Zabir oğlu ilə birlikdə paytaxtda “Krivetka Pub” kafesində pivə içiblər.

Daha sonra onlar sərxoş vəziyyətdə Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsindəki “Boss Klub”a gələrək orada spirtli içki qəbul ediblər.

Bir müddətdən sonra R.Taner klubda özünü pis edib və dostundan onu havaya çıxarmağı xahiş edib. Küçəyə çıxan R.Taner bir neçə dəqiqədən sonra keçinib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri