10 
Dek
2018
17:10
18
281
12430
Virtual karabakh

Rayondan qaçıb altı dəfə həbs olunan məhkum: Evə kişi kimi girirdim - VİDEO

10 Dek, 2018
17:10
12430

Rayondan qaçıb altı dəfə həbs olunan məhkum: Evə kişi kimi girirdim - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Rezonans” proqramı növbəti buraxılışında altı dəfə həbs olunan məhkum Rufiz Rüstəmovdan bəhs edib.

Oxu.Az-ın məlumatına görə, Rufiz Rüstəmov həyatı barədə bu fikirləri səsləndirib:

“2010-cu ildə evlənmişəm. Atam polis işçisi, anam müəllim olub. Masallı rayonunda böyümüşəm. Doqquzuncu sinfə kimi oxumuşam. Tüfeyli həyat yaşayanlara qoşuldum. Valideynlərim rayona aparandan sonra Bakıya qaçdım. Bunları tapdım.

Birinci dəfə tutulanda 15 yaşım var idi. İki nəfər evə girmişdi, mən də qapıda durmuşdum. Bizi bir yerdə tutdular. Birinci dəfə əfv olundum. Hakimin katibəsi mənə pul verdi ki, evə get. Mən də getmədim. Yenidən özümə dost tapdım və avaralıq etdim. 37 maşına ziyan vurduq. Qırmızı maşın var idi. Dedik, ona da girək. Orda da polis var imiş. Maşına girəndə polis tutdu. Onda 6-7 ay yatdım. Valideynlərim də cəriməni ödədi”.

Məhkum daha sonra növbəti dəfə Bakıya qaçıb tutulmasından da danışıb:

“Məni apardılar rayona. Amma dayana bilmirdim. Yenə Bakıya qayıtmaq istədim. Məni vağzalda tutub dayımgilə gətirdilər. Bibimi aldadıb pul götürüb Bakıya qaçdım. 6-7 ay yaxşı dövr sürdüm. 2001-ci ildə yenə içəri girdim. Mənə dörd il yarım iş verdilər. O vaxt qardaşım əsgərlikdən təzə gəlmişdi. Ondan pul götürüb yenə Bakıya qaçdım. Saxta sənədlə həbs olundum. İkinci işimdə tutuldum.

Maşının içində sahibi məni tutdu. Dedim ki, dayı, rayondan gəlmişəm, yağış yağır, səhər gedərəm. O da məni buraxdı. İnsanlıq etdi, amma mən ona qarşı insanlıq etmədim. Bir saatdan sonra o maşından oğurluq etdim. Evdəkilərə söz vermişdim ki, bu iş bitdi. Amma altdan-altdan işimi görürdüm. Evə girəndə kişi kimi girirdim ki, guya mən qazancdan gəlirəm.

2009-cu ildə buraxıldım, xoşbəxt adam idim ki, iki il azad yaşadım. Evləndim, uşağım üç aylıq olanda tutuldum. Artıq narkotikə başlamışdım. Əlimdə tutdular. Dedilər ki, bölmədə çəkərsən. Yenə əfv olundum. 2014-cü ildə iki kilodan artıq heroinlə yenə tutuldum. Taksi ilə gəldim, maşından düşdüm.

Mən də heroini verməli idim başqasına. Gözlədim ki, adam gələ. Bir də gördüm ki, yaxınlaşdılar. Dedilər ki, özünü şübhəli aparırsan. Dedim ki, axtardığınız adam mənəm. Birinci dəfə tutulmurdum ki. Məhkəmə mənə 12 il iş verdi. Dedilər, son sözün nədir? Dedim ki, heç nə, Allah balanı saxlasın”.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri