10 
Dek
2018
18:53
9
230
3064
yuxarı
Xaçmazda avtomobillə vurulan 53 yaşlı kişi öldü
10 Dek, 2018
18:53
3064
9
230
Xaçmazda avtomobillə vurulan 53 yaşlı kişi öldü
Xaçmaz-Quba yolunda piyada ölümü ilə nəticələnən yol-qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə axşam saatlarında Xaçmaz rayonu, Armudpadar kəndi ərazisindən keçən, Xaçmaz-Quba avtomobil yolunun 3-cü kilometrliyində qeydə alınıb.
Belə ki, Quba rayon sakini, 1965-ci il təvəllüdlü Abdullayev Abdulla Seyfəl oğlu idarə etdiyi “VAZ 21214” markalı, “40-BX-322” dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayon sakini, 1965-ci il təvəllüdlü Nəsirov Ədalət Qəzənfər oğlunu vurub.
Hadisə nəticəsində Ə.Nəsirov aldığı bədən xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Könül Cəfərli
www.oxu.az
Oxu.Az yeniləndi!
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək