11 
Dek
2018
01:03
294
17
3996
Virtual karabakh

Kanadada azərbaycanlılar erməni təxribatına etiraz ediblər

11 Dek, 2018
01:03
3996

Kanadada azərbaycanlılar erməni təxribatına etiraz ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanada Azərbaycan Təşkilatları Assambleyası və Kanada Azərbaycanlıları İncəsənət Cəmiyyəti Torontonun Skarboro rayonunun mərkəzində yerləşən erməni kilsəsi və erməni gənclər evinin qarşısında Kanadanın dövlət bayrağı ilə yanaşı, Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz yaradılmış qondarma rejimin bayrağının asılmasına etiraz edib. 

Oxu.Az-a verilən məlumata görə, bəyanatda deyilir ki, Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış qondarma rejimin bayrağının asılması beynəlxalq hüquq və prinsiplərin, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və beynəlxalq təşkilatların hazırladığı digər sənədlərdə göstərilmiş qaydaların pozulması deməkdir.

Bununla bağlı dərin narahatlığını bildirən Azərbaycan icması Toronto şəhər rəhbərliyini bu həssas məsələyə biganə qalmamağa çağırıb: 

“Bu məsələyə etiraz edən cəmiyyət üzvlərinin əksəriyyəti əslində Ermənistan hərbi qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qovulmuş və sonradan Kanadaya köçmüş Azərbaycan əsilli kanadalılardır. Hazırda bu insanlar kilsə və Gənclik Mərkəzinin yaxınlığında yaşayırlar, hər səhər işə getmək üçün bu “bayrağın” önündən keçməlidirlər. Bu “bayraq” insanlığa qarşı qəsdən törədilmiş cinayəti, soyqırımı təmsil edir!”.

Azərbaycan icması Kanada kimi bir ölkədə bu cür ədalətsizliyin baş verə biləcəyinə qəti etirazını bildirərək işğalçı Ermənistan Silahlı Qüvvələrinin “bayrağı” şəklində narahatçılıq simvolunun endirilməsini xahiş edib. 

Erməni təxribatının qarşısının alınması ilə bağlı Kanada Azərbaycan Təşkilatları Assambleyasına daxil olan 16 diaspor təşkilatının imzaladığı etiraz məktubu Toronto şəhər meri Mayor Con Tori, şəhər müşaviri Şelley Karol, Parlamentin üzvü, Kanadanın İrsi və Multikulturalizm naziri Pablo Rodrigez və digər məsul şəxslərə, eləcə də qurumlara göndərilib.

ww.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri