11 
Dek
2018
15:28
21
179
2465
Virtual karabakh

Siyavuş Novruzov: Dini etiqad azadlığı ilə bağlı yeni qanun olacaq

11 Dek, 2018
15:28
2465

Siyavuş Novruzov: Dini etiqad azadlığı ilə bağlı yeni qanun olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dini etiqad azadlığı haqqında” yeni qanun layihəsinin hazırlanması gündəmdədir. İstəyirik ki, bu yöndə yeni qanun layihəsi müzakirələrə çıxarılaraq, qəbul edilsin. Buna ehtiyac var.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, mövcud qanunun qəbulundan xeyli vaxt keçib və onun tam yeniləndirilməsinə zərurət yaranıb.

“Qanun layihəsi üzərində işlərə yeni başlanılıb. Orada hansı yeniliklər olacaq, hansı məqamlar nəzərdə tutulacaq, bu barədə indidən dəqiq bir söz demək olmur.

Qanun layihəsi ilkin variantda hazır olduqdan sonra bu haqda daha geniş danışmaq mümkündür. Amma bununla belə, dini etiqad azadlığı ilə bağlı yeni qanunun qəbulunu düşünürük”, - deyə komitə sədri əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri