11 
Dek
2018
18:15
15
180
4149
Virtual karabakh

Şamaxıda sürüşmə ailələri evsiz qoydu - VİDEO

11 Dek, 2018
18:15
4149

Şamaxıda sürüşmə ailələri evsiz qoydu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maşın gələ bilmir, piyada keçə bilmirik qapımıza.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, Şamaxının Quşçu kəndində sürüşmə yenidən aktivləşib.

Səbəb isə son günlər müşahidə edilən intensiv yağışlardır. Torpaq sürüşməsi nəticəsində kənd sakinlərinə məxsus evlərə və yardımçı tikililərə ziyan dəyib. Evlərin divarında, tavanında xırda çatlar genişlənərək yaşayış üçün təhlükə yaradıb.

Sürüşmə zamanı kənd sakinlərinin həyətyanı sahələrinin hasarları, meyvə ağacları yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, yağışdan sonra aktivləşən torpaq kütləsi yolları yararsız hala salıb. Nəticədə, bəzi evlərə gedən avtomobil yolları tamamilə bağlanıb.

Qeyd edək ki, sürüşmə səbəbindən Quşçu kəndində 15-ə yaxın evin divarında iri və xırda çatlar əmələ gəlib. Bəzi sakinlərə məxsus yaşayış evi sürüşmə nəticəsində tamamilə qəzalı vəziyyətə düşüb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri