12 
Dek
2018
00:57
23
117
9129
Virtual karabakh

Səbaildə təhlükəli tapıntı - FOTO

12 Dek, 2018
00:57
9129

Səbaildə təhlükəli tapıntı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 11-də Bakının Səbail rayonunda hərbi sursat aşkarlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) Oxu.Az-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Səbail Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Bakı şəhərinin Səbail rayonunun 2-ci bağlar döngəsində partlamamış hərbi sursatın tapılması barədə daxil olan məlumat əsasında həmin əraziyə baxış keçiriblər.

Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən iki ədəd əl qumbarası (F-1 və DM-41) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri