12 
Dek
2018
13:41
170
33
7317
Virtual karabakh

Azərbaycana saxta sənədlərlə keçmək istəyən əcnəbilər saxlanılıb - FOTO

12 Dek, 2018
13:41
7317

Azərbaycana saxta sənədlərlə keçmək istəyən əcnəbilər saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə buraxılış məntəqələrində beş şəxsin saxta sənədlərlə dövlət sərhə­dindən keçməsinin qarşısı alınıb.

DSX-dan Oxu.Az-a verilən məlumata görə, dekabrın 2-də Moskva-Bakı reysi ilə gələn Pakistan vətəndaşı 1989-cu il təvəllüdlü Ənvər Coninin Böyük Britaniyaya məxsus pasportun qismən saxta olması, 4 dekabr tarixində Bakı-İstanbul reysi ilə gedən Pakistan vətəndaşı 1984-cü il təvəllüdlü İmran Saqibin İsveçə məxsus İD kartının tam saxta olması müəyyən olunub.

Bundan başqa, 5 dekabr tarixində Moskva-Bakı reysi ilə gələn Özbəkistan vətəndaşı 1993-cü il təvəllüdlü Zubaydiva Ziyodanın pasportunda tarix-ştampların saxta olması, 6 dekabrda Ərbil-Bakı reysi ilə gələn Böyük Britaniya vətəndaşı 1984-cü il təvəllüdlü Suar Solav Mohammed Aminin pasportunun saxta olması müəyyən edilib, araşdırma zamanı üzərindən ona məxsus İraq vətəndaşı 1982-ci il təvəllüdlü Qahriya Sulaiman Husseinin adına olan pasport aşkar olunub.

Həmçinin 7 dekabr tarixində Dubay-Bakı reysi ilə gələn Hindistan vətəndaşı 1992-ci il təvəllüdlü Çaudhari Ravindrakumar Coitabhainin Azərbaycan Respublikasına elektron vizasının saxta olması aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri