12 
Dek
2018
14:04
112
81
8368
Virtual karabakh

Qənirə Paşayeva səhhətindən danışdı

12 Dek, 2018
14:04
8368

Qənirə Paşayeva səhhətindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər birinizə keçirdiyim əməliyyatla bağlı zəngləriniz, mesajlarınız, dualarınız üçün minnətdaram.

Hər iki əlimdə “karpal tunel sindromu” diaqnozu ilə əməliyyat keçirdiyim üçün və həkimlər bir neçə gün telefonla danışmağın, mesaj yazmağın keçirdiyim əməliyyatdan dolayı mümkünsüzlüyünü söylədiklərindən ayrı-ayrılıqda zənglərinizə cavab verə, mesajlarınıza cavab yaza bilmədim.

Oxu.Az xəbər verir ki, bunu bu günlərdə Türkiyədə cərrahi əməliyyat keçirən millət vəkili Qənirə Paşayeva deyib.

“Ailə üzvlərim imkanlar daxilində cavab verməyə çalışdılar. Hər birinizə minnətdaram. İnşallah, Yaradanın, dəyərli həkimlərin və sizin kimi gözəl insanların duaları ilə yaxın günlərdə təxminən bir ay içərisində həkimlər vəziyyətin yavaş-yavaş düzələcəyini deyirlər.

Yaradana şükürlər olsun. İnanıram ki, onun dəstəyilə və sizin kimi gözəl insanların duaları ilə yavaş-yavaş yenə müxtəlif tədbirlər çərçivəsində görüşəcəyik. Allah hamınızdan razı olsun”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri