13 
Dek
2018
12:13
10
50
2541
Virtual karabakh

Vəkilliyə qəbul imtahanı keçiriləcək - TARİX

13 Dek, 2018
12:13
2541

Vəkilliyə qəbul imtahanı keçiriləcək - TARİX

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçiriləcək. 

Kollegiyadan Oxu.Az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan əvvəlki yazılı test imtahanlarından fərqli olaraq, kompüter vasitəsilə - elektronlaşdırılmış qaydada olacaq. 

Dekabrın 23-də keçiriləcək yazılı test imtahanında 180 nəfərin iştirakı nəzərdə tutulub. Odur ki, vəkilliyə qəbul imtahanlarında iştirak etmək istəyən şəxslər dekabrın 20-dək davam edəcək sənəd qəbulunda 140 nəfərin sənədinin qəbul olunduğunu və vəkilliyə qəbul imtahanının yazılı-test mərhələsində iştirak üçün 40 yerin qaldığını nəzərə almalıdırlar.

Eyni zamanda, vəkil olmaq üçün tələb olunan üç il hüquq stajının tamam olmasına üç ay qalmış şəxslər Azərbaycan Vəkillər Kollegiyasının sənəd qəbulu komissiyasına müraciət edə bilərlər.

Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər http://www.barassociation.az/recruitment keçidində göstərilən ankent-formanı doldurmalı, http://www.barassociation.az/other keçidində nəzərdə tutulan bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket-forma və ödəniş qəbzinin skan surətini dekabrın 20-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri