13 
Dek
2018
12:55
25
381
5572
Virtual karabakh

“Maşın Şou”: Azərbaycanın ən uzunömürlü telelayihəsi

13 Dek, 2018
12:55
5572

“Maşın Şou”: Azərbaycanın ən uzunömürlü telelayihəsi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün saat 22:00-da ATV telekanalında “Maşın Şou”nun 17-ci mövsümü start götürür.

Oxu.Az xəbər verir ki, məhz bu gün tamaşaçılar qələbə qazanıb, çəkiliş pavilyonunu yeni avtomobildə tərk etmək arzusunda olan iştirakçıların kimliyini öyrənəcəklər.

Müxtəlif dünyagörüşləri, peşə və bacarıqları olan doqquz kişi və doqquz qadın “Maşın Şou. Hind Kinosu”nda üz-üzə gələcək.

Layihənin 13 illik tarixi ərzində şounun 16 mövsümü keçirilib. 17-ci mövsüm bu gün açıq elan olunacaq. “Maşın Şou” ölkə televiziyası tarixinin ən uzunömürlü telelayihəsi hesab olunur.

Şou iki saat canlı yayımda olur. Ümumi götürdükdə bu 12 min saatdan çox canlı efir və 510 gün fasiləsiz yayım deməkdir.

“Maşın Şou”da ümumilikdə 306 nəfər iştirak edib. İlk iki buraxılış “Birinci sürət” və “İkinci sürət”də tanınmayan insanlar çəkilib. “Üçüncü sürət”dən etibarən avtomobil uğrunda azərbaycanlı məşhurlar mübarizə aparmağa başlayıb.  

Sizə bütün 16 mövsümün qaliblərinin siyahısını təqdim edirik:

Malik Eyvazov, Gülya Əliyeva, Adil Qəhrəmanov, Rafael İsgəndərov, Turan İbrahimov, Ülvi Cəfərov, Murad Arif, Könül Kərimova, Əlikram Bayramov, Sadıq Mustafayev, Müşfiq Şahverdiyev, DJ Çina, Xatirə İslam, İslam Mehrəliyev, Talıb Tale və Roza Zərgərli.

“Maşın Şou” tamaşaçını yerli telekanallara qaytaran layihədir. 

Xatırladaq ki, “Maşın Şou. Hind Kinosu” “Baku Crystal Hall”da keçiriləcək.

Cavid Osmanov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri