13 
Dek
2018
16:49
19
57
3239
Virtual karabakh

BDU-da “Qlobal Hult Prize” müsabiqəsinin final mərhələsi keçirilib - FOTO

13 Dek, 2018
16:49
3239

BDU-da “Qlobal Hult Prize” müsabiqəsinin final mərhələsi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci il dekabrın 8-də Bakı Dövlət Universitetinin kampusunda “Baku İdeaLab”ın təşkilati dəstəyi və “Human Foundation”ın baş sponsorluğu ilə “Qlobal Hult Prize” müsabiqəsinin final mərhələsi  keçirilib.

Oxu.Az-ın məlumatına görə, layihəni kampus direktoru - Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Xəyalə Məmmədova və Bakı Dövlət Universitetinin tələbələrindən ibarət təşkilati komanda həyata keçirib.

Prezident Bill Klinton və “Time” jurnalı tərəfindən dünyanı daha yaxşıya dəyişən beş ən yaxşı ideyadan biri kimi tanınan “Hult Prize” müsabiqəsinə Azərbaycanda olan universitetlər arasında ikinci dəfə ardıcıl olaraq yalnız Bakı Dövlət Universiteti ev sahibliyi edib.

“Hult Prize” Fondunun təsisçisi və icraçı direktoru Əhməd Aşkar öz çıxışında qeyd edib ki, 2009-cu ildən - qurulduğu gündən bəri “Hult Prize” mükafatı dünyanın ən çətin məsələlərini həll etmək üçün möhtəşəm fikirlərlə yarışan dünyanın dörd bir yanından diqqət çəkici istedadlar aşkar edib.

2019-cu il “Hult Prize” müsabiqəsinin əsas məqsədi Birləşmiş Millətlər Təşkilatının 7, 8 və 9-cu Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq gənclərin işsizlik probleminin həll olunmasına yönəldilib.

Tədbirdə hakim olaraq “Human Foundation”ın təsisçisi Fəridə Əsgərzadə, “Dərs Evi” şirkətinin Biznesin inkişafı üzrə meneceri Toğrul Ələkbər, Azərbaycan-Britaniya məzunları İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Məhərrəmov, Milli Məclis Aparatının məsləhətçisi Günay Əkbərova və məsləhətçi qismində “Horizon Next” şirkətinin təsisçisi Rəşid Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Tural Qulu, Bakı Dövlət Universitetinin müəllimləri Təhminə Balacayeva və Günay Əkbərova olub.

Həmçinin qeyd etmək lazımdır ki, “Hult Prize” müsabiqəsinin Bakı Dövlət Universitetinin kampusunda keçirilməsində Bakı Dövlət Universitetinin SABAH qruplarının dekanı İradə Süleymanovanın böyük rolu olub.

Açılış mərasimində çıxış edən rəsmilər və nümayəndələr bir daha layihənin gənclərin işsizlik problemlərinin lokal və qlobal şəkildə həll olunması məqsədini vurğulayıblar. Bakı Dövlət Universitetinin bakalavr tələbələrindən ibarət 17 komanda qarşıya qoyulmuş qlobal sosial məsələyə əlverişli bir həll tapmaqda özlərini sınamaq üçün bir araya gəliblər.

Final mərhələsində olanlar arasında 17 komandadan 68 iştirakçı sertifikata layiq görüldü. Qalib komanda - birinci yerin sahibi olan “First Step” komandası regional finalda birbaşa iştirak hüququ əldə edib. Komanda üzvləri SABAH qrupları KE001S tələbələri Aytac Mirzəliyeva, Məmmədəli Şahbazov, Ramazan Süleymanlı və Cavid Qasımovdur.

Finalda birbaş iştirak hüququnu təmin edən qaliblər daha sonra yeddi həftəlik sürətləndirmə proqramının parçası olmaqla yanaşı, 2019-cu il sentyabr ayında ABŞ-ın Nyu-York şəhərinin ev sahibliyi edəcəyi Qlobal Finalda iştirak haqqı qazanıb.

Qeyd edək ki, qalib komanda üçün mükafat bir milyon ABŞ dolları müəyyən olunub.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri