14 
Dek
2018
15:52
12
123
1968
Virtual karabakh

ASC sədri: Azərbaycanda adambaşına düşən tullantı 350 kiloqramdır

14 Dek, 2018
15:52
1968

ASC sədri: Azərbaycanda adambaşına düşən tullantı 350 kiloqramdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tullantıların idarə olunması ətraf mühitin qorunması üçün böyük rol oynayır. Azərbaycanda bu sahəyə böyük diqqət yetirilir.

Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin V Qlobal Konfransında Azərbaycan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Etibar Abbasov deyib.

“Ölkənin inkişaf səviyyəsindən asılı olaraq, adambaşına düşən tullantı miqdarı da dəyişir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrdə adambaşına düşən tullantının miqdarı 100-200 kiloqram arasında dəyişir”, - deyən E.Abbasov qeyd edib ki, inkişaf etmiş ölkələrdə il ərzində adambaşına düşən tullantının miqdarı 400-500 kiloqram arasında dəyişir:

“Azərbaycanda isə bu, 350 kiloqramdır”.

ASC sədri vurğulayıb ki, BMT-nin hesabatına görə hər il okeana 8 milyon ton plastik tullantı atılır:

“Bu, belə davam edərsə, 2050-ci ildə dünya okeanında plastik tullantıların miqdarı balıq sayından daha çox olacaq. Bu isə ekoloji fəlakət deməkdir. Dünya məhz həmin tullantıların tənzimlənməsi üçün müxtəlif üsullar axtarışındadır. Fikrimizcə, ən effektiv üsullardan biri istehsalçının genişləndirilmiş, məsuliyyət mexanizminin tətbiq edilməsidir. Bu üsulla istehsalçı və idxalçı məhsulun həyat dövranı bitdikdən sonra onun utilizasiyasını üzərinə götürür”.

E.Abbasov xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen paketlərin istifadəsinin azadılması istiqamətində optimal variantlar axtarışındadır:

“Yaxın gələcəkdə həmin məhsulların məişətdə istifadəsini tədricən azaldılması nəzərdə tutulur. Bununla əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb”.

Onun dediyinə görə, istehsalçı ilə bərabər, vətəndaş məsuliyyəti də önəmli rol oynayır.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri