14 
Dek
2018
14:50
14
111
1895
Virtual karabakh

Azərbaycanlı Rusiyada qadını yandırmaqla hədələdi - VİDEO

14 Dek, 2018
14:50
1895

Azərbaycanlı Rusiyada qadını yandırmaqla hədələdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva polis idarəsinin əməkdaşları bazarlardakı ticarət mərkəzlərində “qoçuluq” edən dəstənin iki üzvünü həbs edib. Onlar Dolqoprudnıy bazarındakı hadisədən sonra saxlanılıb. 

Oxu.Az bununla bağlı “Novaya izvestiya” nəşrinə istinadən məlumat yayıb. 

Tərəvəz satışı ilə məşğul olan 45 yaşlı qadın polisə şikayət edib. O bildirib ki, təxminən yarım il əvvəl bazarda olan zaman bir neçə gənc ona yaxınlaşıb və deyiblər ki, hər ay onlara 50 min rubl (1300 manat – red.) versə, bundan sonra onun bu biznesdə problemi olmayacaq. 

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatlarına görə, bir neçə ay alverçi deyilən məbləği ödəyib, ancaq sonra bundan imtina edib. Bu zaman quldurlar onun bazarına gəlib və bütün məhsulların və qadının üzərinə benzin tökərək, od vuracaqlarını bildiriblər. 

Bütün baş verənlər müşahidə kameralarına əks olunub. Saxlanılan şəxslərdən birinin Azərbaycan vətəndaşı olduğu qeyd edilib. Digər şəxslərin axtarışları davam etdirilir. Quldurları 15 ilədək həbs cəzası gözləyir.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri