14 
Dek
2018
15:31
7
113
1985
Virtual karabakh

Nazirlik rəsmisi Bakıda quruyan ağacların aqibətindən danışdı

14 Dek, 2018
15:31
1985

Nazirlik rəsmisi Bakıda quruyan ağacların aqibətindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının küçə və prospektlərində 140-dan çox qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, ölkə prezidentinin yeni yaşıllıqların salınması və artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına əsasən nazirlik tərəfindən uyğun olaraq müxtəlif cinsli ağaclar əkilib:

“Aksiyalar bu gün də davam edir. Ölkənin bütün regionlarında ictimaiyyət bu kampaniyaya qoşulub. Payız ağacəkmə kampaniyası çərçivəsində nazirliyin təşəbbüsü ilə Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş ağacların yerinə yenisinin əkilməsi məqsədilə rayon icra hakimiyyətləri ilə birgə aksiyalar da keçirilir.

21 noyabrdan başlanan aksiyalar zamanı Bakının küçə və prospektlərində 140-dan çox qurumuş və təhlükə yaradan ağac yenisi ilə əvəzlənib və qurumuş ağacların ətrafındakı boş sahələrə ümumilikdə 2000-dən çox müxtəlif cinsli ağac əkilib”.

“Aksiyalarda fəal iştirak edən hər kəsə, ictimaiyyət nümayəndələrinə, rayon icra hakimiyyətlərinin əməkdaşlarına təşəkkürümüzü bildiririk.

Vətəndaşlardan xahiş edirik ki, qurumuş və təhlükəli ağaclar barədə Nazirliyin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə məlumat versinlər”, - deyə nazirlik rəsmisi qeyd edib.

İlhamə Əbülfət
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri