18 
Dek
2018
13:06
75
113
5163
Virtual karabakh

Tahir Kərimli: Bizi açıq təhqir, biabır edirlər

18 Dek, 2018
13:06
5163

Tahir Kərimli: Bizi açıq təhqir, biabır edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Deputat Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında dövlət məmurlarının və deputatların Kütləvi İnformasiya Vasitələrində təhqir hədəfinə çevrilməsindən danışıb.

Oxu.Az xəbər verir ki, o, əvvəlcə bu məsələni tənzimləmək üçün “Mətbuat Şurası haqqında” qanunun qəbul olunmasını zəruri sayır:

“Onların yeri gələndə cəzalandırıması məsələsinə baxılmalıdıır. Eyni zamanda, bu məsələ “Teleradio Şurası haqqında” qanuna da aiddir. Heç biz görmürük bir neçə günlüyünə də olsun hansısa televiziya verilişi dayandırılsın. Bizdə ciddi jurnalistlər var. Uzun müddət tanıdıqlarım da var.  Onlar işlərinə vicdanla yanaşırlar.

Axşam Azərbaycan televiziyasında bizim komitə sədrlərindən biri “Facebook” sosial şəbəkəsindəki iyrəncliklərdən haqlı olaraq bəhs etdi. Sanki bizim mətbuat, sosial şəbəkələr uşaqlarımızın şəxsiyyətini uşaqlıqdan öldürməklə məşğuldurlar. Bunlar azmış kimi dövlətin parlamentini gözdən salırlar. 

Sosial şəbəkələrə informasiya yemi lazımdır. Sözləri dəyişirlər, kontekstdən çıxarırlar, ağızlarına gələni deyirlər. İstənilən səviyyədə dövlət məmurunu təhqir edirlər. Ona görə də qanunda bu məsələyə baxmaq lazımdır. Adamı abırsız bir vəziyyətə salırlar. Ailə  tərbiyəsi görmüşük. 50-60 il yaşamışıq.

Uşaqlıqdan valideynlərimiz bizi küçəyə buraxmayıb ki, o sözləri eşidək. Bizi açıq təhqir edirlər, biabır edirlər. Hər birimizin təhqir olunması parlamentin nüfuzunun aşağı salınması deməkdir. Əli Həsənov da öz müsahibəsinə bu məsələyə toxunub.

Spikerin hətta Əhliman Əmiraslanova dediyi “deyəsən, dərmanın dozası yüksək oldu” fikrini də çevirib mənə qarşı deyirlər. Deyirlər ki, “Tahir Kərimli damarının dozası yüksək oldu”. Heç mən siqaret də çəkmirəm, bu nə sözdür, mənə deyirlər”.

Buna cavabında Oqtay Əsədov qeyd edib ki, bəzən iclaslarda çıxış edən deputatların fikirlərini kontekstdən çıxarıb yayırlar.

“Xahiş edirəm ki, bu məsələdə diqqətli olun. Kontekstdən söz çıxarmaq lazım deyil”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri