18 
Dek
2018
15:53
176
32
3464
Virtual karabakh

Bakı metrosunda əl işləri yarmarkası keçirilib - FOTO/VİDEO

18 Dek, 2018
15:53
3464

Bakı metrosunda əl işləri yarmarkası keçirilib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün “Bakı Metropoliteni” QSC sosial aksiyalarının davamı olaraq tam fərqli istiqamətdə layihə gerçəkləşdirib.

Bu sözləri Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbaut xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bir gün ərzində yaradıcılıq istiqaməti müxtəlif olan istedadlı insanların öz əl işlərini nümayiş etdirmələri üçün şərait yaradılıb:

“Bu gün nümayiş etdirilən əşyaların, rəsmlərin hər biri zəhmətlə ərsəyə gələn əl işləridir. Bizim üçün sadə və anlamsız görünən əşyalardan çox kreativ nümunələr hazırlanıb. Ümumən əsas məqsəd gənc istedadlara bacarıqlarını nümayiş etdirməsinə dəstək olaraq, onların əməyini təşviq etmək, zəhmətlərinin bəhrəsini tanıtmalarına yardımçı olmaq, sərnişinlərdə yüksək bayram ovqatı yaratmaqdır. 

Bu sərgi tam təmənnasız olaraq keçirilir və vətəndaşları bu sərgilərdə iştirak etməyə çağırırıq. İlin sonlarına yaxın bu kimi sərgilərimiz çox olacaq. Ayın 20-də növbəti sərgimiz metronun “Nəriman Nərimanov” stansiyasının keçidlərində olacaq. İncəsənət muzeyi ilə birlikdə təqdim edəcəyimiz əsərlər ən görkəmli rəssamların portretləri olacaq və çox qiymətlidir. Altı ay ərzində silsilə tədbirlər davam etdiriləcək”.

Könül Cəfərli 
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri