22 
Dek
2018
09:45
44
88
7842
Virtual karabakh

Bakıda gündəlik kirayə evlərə maraq artıb - QİYMƏTLƏR + VİDEO

22 Dek, 2018
09:45
7842

Bakıda gündəlik kirayə evlərə maraq artıb - QİYMƏTLƏR + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni ilin yaxınlaşması gündəlik kirayə ev bazarında canlanma yaradıb.

Oxu.Az-ın Xəzər TV-yə istinadən məlumatına görə, buna səbəb bayramla əlaqədar ölkəmizə gələn turistlərin sayının artmasıdır.

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, indi ərəb, Asiya ölkələrindən və İrandan gələn turistlərin əksəriyyəti daha çox gündəlik evlərə üstünlük verirlər. Tələbatın artması bu tip evlərin qiymət artımına səbəb olub.

Ən çox tələbat iki və üç otaq olan gündəlik evlərədir. Gündəlik kirayə mənzillərin qiyməti minimum 100-110 manatdan başlayır.

Ən bahalı evlər “İçərişəhər”, “Sahil” metrostansiyaları ətrafında yerləşir. 

Ramin Osmanlı bildirir ki, turistlər “28 May” metrosu istiqaməti və paytaxtda Qış Parkı kimi tanınan ərazilərdə yerləşən evlərə daha çox üstünlük verirlər.

Ekspertin sözlərinə görə, turistlər gündəlik mənzil kirayə edərkən əsasən təmirə fikir verirlər. Bundan başqa, qonaqlar üçün evdə zəruri mətbəx əşyaları və televizorun olması da tələblər arasında yer alır. Gündəlik evlərdə qalmaq hotellə müqayisədə 2-3 dəfə ucuz başa gəlir.


www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri