Yan
2019
17:11
250
153
21693
Virtual karabakh

Azərbaycanda köhnəlmiş avtomobillər dövriyyədən çıxarılacaq

4 Yan, 2019
17:11
21693

Azərbaycanda köhnəlmiş avtomobillər dövriyyədən çıxarılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda köhnəlmiş və təhlükəsizlik səviyyəsi aşağı olan avtomobillər dövriyyədən çıxarılacaq.

Oxu.Az xəbər verir ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na görə, yol hərəkəti təhlükəsizliyinin səviyyəsinə təsir edən amillərdən biri də nəqliyyat vasitələrinin sayı və texniki vəziyyətidir.

Belə ki, 2012-2017-ci illər ərzində Azərbaycan Respublikasında demoqrafik artım və əhalinin rifahının yaxşılaşması nəticəsində mexaniki nəqliyyat vasitələrinin sayı 25,6 faiz artaraq, 2017-ci ilin sonuna 1 359 919 ədədə çatıb. 

Ümumilikdə isə, son 10 ildə mexaniki nəqliyyat vasitələrinin sayı 67,5 faiz artıb. Ölkədə köhnəlmiş və texniki təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrindən istifadə halları da çoxdur.

Bu isə təhlükəsizlik göstəriciləri aşağı olan nəqliyyat vasitələrindən istifadənin məhdudlaşdırılması, yüksək təhlükəsizlik standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadəyə keçid üçün zəruri tədbirlər görülməsini şərtləndirir. 

Dövlət Proqramında qeyd olunur ki, təhlükəsiz nəqliyyat vasitələrinin təmin edilməsi məqsədilə nəqliyyat vasitələri üçün müasir texniki reqlamentlərin hazırlanması və tətbiqi, nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinin artırılması, onların texniki vəziyyətinə nəzarətin və texniki baxış qaydalarının təkmilləşdirilməsi, yeni texnologiyalardan istifadənin sürətləndirilməsi məqsədilə müasir təhlükəsizlik vasitələrindən və texnologiyalarından geniş istifadənin təşviqi, köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması planlaşdırılır.

İlhamə Abdullayeva 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri