Yan
2019
09:04
91
70
8856
Virtual karabakh

2019-cu ilin ilk Günəş tutulması - VIDEO

6 Yan, 2019
09:04
8856

2019-cu ilin ilk Günəş tutulması - VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı vaxtı ilə saat 03:34-də 2019-cu ilin ilk Günəş tutulması başlayıb.

Oxu.Az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Günəşin qismən tutulması saat 07:49-dək davam edib.

Bu təbiət hadisəsi Şimal-Şərqi Asiyada, Sakit okeanın şimal hissəsində - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdə müşahidə olunub.

Xatırladaq ki, sonuncu Günəş tutulması hadisəsi 2018-ci il avqustun 11-də qeydə alınıb.

Bu il üç Günəş tutulması hadisəsi baş verəcək. İkinci Günəş tutulması (tam tutulma) iyulun 2-3-də, üçüncüsü isə (halqavarı tutulma) dekabrın 26-da olacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri