Yan
2019
15:10
12
260
13871
Virtual karabakh

Övladlarımın kimdən olduğunu bilmirəm - VİDEO

7 Yan, 2019
15:10
13871

Övladlarımın kimdən olduğunu bilmirəm - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bacım məni aldadıb Moskvaya göndərdi, qayıdanda gördüm ki, evimizi sataraq həyat yoldaşı ilə birlikdə Finlandiyaya qaçıb.

Oxu.Az xəbər verir ki, əslən Rusiya vətəndaşı olan Panamaryov Yuri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığınacağında qalır.

O indi doğma bacısına inanmasının əziyyətini çəkir.

Yuri onu bu vəziyyətə salan bacısına müraciət etməyi də unutmayıb.

Sığınacaqda yaşayan digər qəhrəmanımızın da həyat hekayəsi çox maraqlıdır. Cahangir Həsənov ömrünün 39 ilini dəmir barmaqlıqlar arasında keçirib.

Onun sözlərinə görə, iki övladı var, həyat yoldaşının xəyanət etdiyindən şübhələndiyi üçün neçə illərdir ki, onlardan imtina edib:

“Yoldaşım Sumqayıtda yaşayır. İki uşaq var. Heç bilmirəm məndəndir və ya məndən deyil”.

Cahangir Həsənov heç vaxt ailəsi ilə barışmaq istəmədiyini bildirib.

Burada olan hər bir kəsin özünə uyğun həyat hekayəsi var. Kimi öz məsuliyyətsizliyinin, kimisi də ailəsinin ona qarşı etdiyi xəyanətin qurbanı olub.

Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri