Yan
2019
20:29
38
631
35019
Virtual karabakh

Qəzaya uğrayan gəminin azərbaycanlı kapitanının meyiti tapıldı - YENİLƏNİB + VİDEO

7 Yan, 2019
20:29
35019

Qəzaya uğrayan gəminin azərbaycanlı kapitanının meyiti tapıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qara dənizdə “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində itkin düşmüş Azərbaycan vətəndaşı, gəmi kapitanı Turbat Kamil oğlu İsmayılovun meyiti tapılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, onun meyiti suda gəminin göyərtəsində sıxılmış vəziyyətdə aşkar olunub.

17:39

Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, digər Azərbaycan vətəndaşı, gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.

Agentlikdən bildirilib ki, bu gün səhər saatlarında Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda bildirilib ki, ekipaj üzvlərindən iki nəfər Azərbaycan vətəndaşıdır.

Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliiyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən doqquzu sahilə çıxarılıb. 

17:00

Türkiyənin Samsun bölgəsində azərbaycanlıların da olduğu gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Ukraynanın Türkiyədəki səfirliyinin yaydığı məlumata görə, gəmidəki şəxslərdən dördü Ukrayna vətəndaşı olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır:

“Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi Türkiyənin Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib. Səfirliyin verdiyi məlumata əsasən, qəza nəticəsində bir nəfər azərbaycanlı ölüb, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir”.

15:58

Türkiyənin Samsun bölgəsində azərbaycanlıların da olduğu gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Samsun valisi Osman Kaymak məlumat verib. 

O qeyd edib ki, hadisə zamanı xilas edilən yeddi nəfərdən dördünün yaxınlıqdakı xəstəxanalarda müalicəsi davam etdirilir.

Xilas edilənlər arasında azərbaycanlıların olub-olmaması ilə bağlı məlumat yoxdur.

15:41

Samsunda batan Panama bayrağı altında üzən gəmi ilə bağlı yeni məlumatlar üzə çıxıb. 

Oxu.Az xəbər verir ki, 1978-ci ildə inşa edilən 113 metrlik “Volgo Balt 214” adlı gəmi kömür ilə yüklü olub və hadisə zamanı iki yerə bölünüb. 

Bundan başqa, gəmidə olan 13 nəfərin şəxsiyyəti məlum olub. Onlardan ikisi azərbaycanlıdır. 

Bunlar 1972-ci il təvəllüdlü gəmi kapitanı İsmayılov Turbat və 1978-ci il təvəllüdlü kapitan köməkçisi İbrahimov Məmmədəlidir. 

untitled-47-006.jpg

untitled-46-009.jpg

untitled-45-014.jpg

14:38

Türkiyənin Samsun bölgəsində batan gəmidən yeddi nəfər xilas edilib. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlardan dördü xəstəxanaya yerləşdirilib. 

İki nəfərin öldüyü qəzada göyərtədə olan iki nəfərin axtarışları davam edir. 

14:25

Türkiyənin Samsun bölgəsindən 130 kilometr uzaqlıqda Panama bayrağı ilə üzən gəmi batıb. 

Oxu.Az “CNN Türk”ə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Xidmətinin əməkdaşları helikopterlər vasitəsilə altı nəfəri xilas edib, iki nəfərin isə cəsədini aşkar edib. 

Məlumatlara görə, gəmidə doqquzu Ukrayna, ikisi Azərbaycan və ikisi Rusiya vətəndaşı olmaqla, 13 nəfər olub. Onların xilas edilməsi prosesi davam edir. 

Hadisənin səbəbləri məlum deyil. Xilasetmə işlərinə bir təyyarə, dörd helikopter, bir gəmi və iki qayıq cəlb edilib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri