10 
Yan
2019
23:02
12
246
8606
Virtual karabakh

Toydan qayıdan iki dost körpüdən yıxıldı: biri öldü, digəri yaralandı

10 Yan, 2019
23:02
8606

Toydan qayıdan iki dost körpüdən yıxıldı: biri öldü, digəri yaralandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya aparılsa da, onlardan biri - R. Mehdixanov ölüb, digər şəxs isə ağır vəziyyətdə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri