11 
Yan
2019
09:44
10
275
4119
yuxarı
Sumqayıtda ər hamilə arvadına işgəncə verdi
11 Yan, 2019
09:44
4119
10
275
Sumqayıtda ər hamilə arvadına işgəncə verdi
Sumqayıtda hamilə qadın əri tərəfindən döyülüb, işgəncələrə məruz qalıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.
Belə ki, kirayədə yaşayan Arzu Hüseynova əri, 28 yaşlı Fuad Hüseynov tərəfindən döyülüb.
Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb.
Hadisə yerinə dərhal Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib.
Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin olunub.
Qeyd edək ki, A.Hüseynova beş aylıq hamilədir. Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək