11 
Yan
2019
10:42
145
11
10412
Virtual karabakh

Tanınmış müğənnini qarət edən keçmiş məhkum ələ keçdi - FOTO/VİDEO

11 Yan, 2019
10:42
10412

Tanınmış müğənnini qarət edən keçmiş məhkum ələ keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nərimanovda ticarət mərkəzlərindən birində müştərinin 300 manatını oğurlayan şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, polisə müraciət edən həmin mağazanın müştərisi İbrahim Allahverdiyev həyat yoldaşının içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. 

Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum Şəfa İsmayılov saxlanılıb.

Saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, İbrahim Allahverdiyev (Azəri) teleaparıcıdır. Qarət olunan isə onun həyat yoldaşı tanınmış ifaçı Səbinə Ərəblidir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri