11 
Yan
2019
11:40
13
144
2711
Virtual karabakh

Vüsal Hüseynov: Ölkədə qaçqın statusu əsasında yaşayanlar 16 faiz artıb

11 Yan, 2019
11:40
2711

Vüsal Hüseynov: Ölkədə qaçqın statusu əsasında yaşayanlar 16 faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci il ərzində 2 milyon 845 min 697 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətində 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı xidmətin rəisi Vüsal Hüseynov bildirib. 

Onun sözlərinə görə, bu, ölkəyə gələn əcnəbilərin sayında altı faiz artım olduğunu göstərir:

“2017-ci ildə 2 milyon 692 min 219 əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olub. Ötən il isə 740 min 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb”.

Xidmət rəisi qeyd edib ki, il ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 min 953 müraciət daxil olub. 

Vüsal Hüseynov bildirib ki, hesabat dövründə 41 min 30 nəfərə müvəqqəti, 3 min 220 nəfərə daimi yaşama, 6 min 162 nəfərə iş icazəsi verilib:

“Əsas fəaliyyət istiqamətlərindən biri də qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləridir. Hesabat dövründə Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozulması ilə bağlı 19 min 210 qərar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə miqrasiya qanunvericiliyinin tələbələrini pozmuş şəxslərin sayında 11 faiz azalma deməkdir. Xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib”.

V.Hüseynov əlavə edib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub.

“Hazırda bu şəxslərin sayı 78 nəfərdir - 47 nəfər ərizəçi 31 nəfər ailə üzvü ilə birlikdə yaşayır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri