11 
Yan
2019
14:47
124
15
4258
Virtual karabakh

Nazirlik rəsmisi: Adımızdan istifadə edən fırıldaqçılar tutulub

11 Yan, 2019
14:47
4258

Nazirlik rəsmisi: Adımızdan istifadə edən fırıldaqçılar tutulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fəaliyyət göstərən dərman depoları icazəsiz dərman sata bilməz.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib.

Onun sözlərinə görə, dərman depoları Səhiyyə Nazirliyinin tabeliyindədir:

“Nazirliyin icazəsi olmadan heç bir dərman preparatını sata bilməzlər. “Donuz qripi” peyvəndi ilə bağlı yayılan məlumat yalandır. Özəl klinikalar tərəfindən hər hansı dərman gətirilə bilər, lakin bu barədə nazirliyin icazəsi olmalıdır”.

Baş epidemioloq qeyd edib ki, Gürcüstanda “donuz qripi”nə yoluxanlar xüsusi stansionarlarda olur və izolə edilir:

“Ora gedən soydaşlarımız onlarla təmasda olmur. Qonşu ölkəyə gedən azərbaycanlılar özünü qorumalıdır və qoruyucu vasitələrdən istifadə etməlidir”.

İ.Ağayev qeyd edib ki, fırıldaqçılar Səhiyyə Nazirliyindən istifadə edib, binaları dezinfeksiya edirdilər:

“Artıq hüquq-mühafizə orqanları həmin şəxsləri saxlayıb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri