11 
Yan
2019
18:03
43
374
4881
Virtual karabakh

Şamaxıda itlərin insanlara hücumu halları çoxalıb - VİDEO

11 Yan, 2019
18:03
4881

Şamaxıda itlərin insanlara hücumu halları çoxalıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda son bir ildə itlərin insanlara hücumu halları çoxalıb.

Oxu.Az-ın məlumatına görə, rayonda son bir ildə 260 dan çox insanı it tutub.

Sahibsiz itlərinin çoxalması, bu cür xoşagəlməz hadisələrin artmasına səbəb olur.

Sürü halında gəzən itlər hər tərəfə qorxu saçır. Şəhərin bir çox küçəsində sahibsiz itləri görmək mümkündür. Adətən ac itlər zibil qutusunu özlərinə məskən seçirlər. Yem  tapmadıqda isə insanlara hücum edirlər.

Bəzən insanlar küçədə rahat hərəkət etməyə belə qorxurlar. Məktəblilər isə dəfələrlə itlərin hücumuna məruz qaldıqlarını bildirirlər.

Ötən il it tutma hadisəsi nəticəsində xəstəxanaya müraciət edənlərin sayı da artıb. 

Şamaxı Rayon Mərkəzi xəstəxanasından verilən məlumata görə onlardan üçü ağır xəsarətlə cərrahiyə şöbəsinə müraciət edib.

Bu cur xoşagəlməz hadisələrin yaşanması üçün başlıca olaraq sahibsiz itlərə xüsusi sığınacaqların tikilməsi vacibdir. Bu zaman sığınacağa yerləşdirilən itlər həm vaxtı-vaxtında qidalanmış olar, həmdə baytar nəzarətində saxlanılır.

Rəşad Aydın Hüseyn  Qasımov

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri