12 
Yan
2019
09:42
107
15
5312
Virtual karabakh

Şəkərli diabet xəstəliyi ilə bağlı qanun layihəsi hazırlanacaq

12 Yan, 2019
09:42
5312

Şəkərli diabet xəstəliyi ilə bağlı qanun layihəsi hazırlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəkərli diabet xəstəliyi ilə bağlı qanunverciliyin dəyişdirilməsi və tam yenilənməsi nəzərdə tutulur.

Oxu.Az-a parlamentdən verilən məlumata görə, bununla bağlı qanun layihəsinin hazırlanaraq,  parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası gedişində ən azı müvafiq komitə - Səıhiyyə komitəsi səviyyəsində müzakirəsi planlaşdırılır.

Bildirilib ki, bu məsələ hələ parlamentin sonuncu-2018-ci ilin payız sessiyasında gündəmə gətirilib və mövcud qanunun dövrün reallıqlarına cavab vermədiyi önə çəkilərək, onun Səhiyyə Nazirliyi ilə birlikdə  üzərində yenidən işlənilməsi qərarlaşdırılıb.

Bu baxımdan, yaz sessiyasında şəkərli diabet xəstəliyinə düçar olmuş şəxslərlə bağlı tam dəyişdirilmiş və yenilənmiş qanun layihəsinin komitə səviyyəsində ilkin variantda müzakirəsi və plenar iclasa tövsiyə nəzərdə tutulur.

Həmçinin, qanun layihəsinin hazırlanması istiqamətində daha bir addımın atılması - parlamentin Səhiyyə komitəsi ilə Səhiyyə Nazirliyinin mütəxəssislərinin birgə ictimai dinləmələrinin keçirilməsi gözlənilir.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri