14 
Yan
2019
12:39
10
150
2796
Virtual karabakh

Gürcüstanda “donuz qripi”nin güclənəcəyi istisna olunmur

14 Yan, 2019
12:39
2796

Gürcüstanda “donuz qripi”nin güclənəcəyi istisna olunmur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda qrip virusunun ağırlaşması səbəbindən 42 xəstənin vəziyyəti ağır olaraq qalır.

Oxu.Az “Sputnik Qruziya”ya istinadən xəbər verir ki, ölkədə H1N1 qrip virusu tüğyan edir.

Son rəsmi məlumatlara görə, 15 nəfər dünyasını dəyişib. Bununla əlaqədar olaraq, Gürcüstan rəhbərliyi dövlət məktəblərində və uşaq bağçalarında təhsilin başlanmasını təxirə salmaq qərarı alıb.  

Qrip virusunun ağırlaşması səbəbindən indiyədək stasionarda 660 xəstə müalicə alır ki, onlardan 42 nəfərinin vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

Son rəqəmlər göstərir ki, 100 min nəfərdən 253-ü qrip xəstəsidir. Xəstəliklərə nəzarət və ictimai sağlamlıq mərkəzindən qeyd edirlər ki, növbəti statistik rəqəmlər bazar ertəsi, yanvarın 14-də məlum olacaq.

“Tamiflu” virusəleyhinə dərmanına gəldikdə, o, ölkənin hər yerində mövcuddur. Qrip diaqnozunun təsdiq ediməsi halında bu dərman vasitəsi dövlət hesabına xəstələrə pulsuz veriləcək. Gürcüstana 13 min “tamiflu” dərman paketi gətirilib.

Əlavə dərman ehtiyatı Gürcüstana bu yaxınlarda gətiriləcək. Xəstəliklərə nəzarət və ictimai sağlamlıq mərkəzində Gürcüstanda qrip virusunun yenidən güclənəcəyini istisna etmirlər. Mütəxəssislər qripə qarşı peyvənd olunmağı məsləhət görürlər.

“Peyvənd, adətən, oktyabr-noyabr aylarında vurulur, lakin xəstəlik göstəricisi aşağı düşdükdə risk qrupunun peyvənd etməsi çox vacibdir, çünki Avropada xəstəlik göstəricisi bizimlə müqayisədə artırılıb. Ona görə səyahət zamanı virusun keçəcəyi ehtimalı mövcuddur. Buna görə fevralın sonunda gözlənilən növbəti güclənməni peyvənd olunmuş şəxslər hazırlıqlı qarşılayacaqlar”, - deyə səhiyyə naziri David Sergeyenko bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri