14 
Yan
2019
14:24
19
183
4001
Virtual karabakh

Bakı metrosunda nasazlıq: qatar boşaldıldı

14 Yan, 2019
14:24
4001

Bakı metrosunda nasazlıq: qatar boşaldıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda qatarda nasazlıq yaranıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun “Sahil” stansiyasında qatarda texniki problem olduğu müşahidə edilib:

“Maşinist bu barədə bizə məlumat verib. Hadisə 13:50 radələrində “Həzi Aslanov”-“İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda olub. Problemlə əlaqədar sərnişinlərdən qatarı boşaltmaları xahiş olunub. Qatar birbaşa depoya göndərilib. Onun əvəzinə isə stansiyaya yeni qatar buraxılıb. İntervalda heç bir dəyişiklik olmayıb. Qatarda yaranan texniki nasazlığın səbəbləri araşdırılır. Bu barədə mətbuata açıqlama veriləcək”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri