14 
Yan
2019
16:14
71
446
7136
Virtual karabakh

Azərbaycanda Həcc ziyarətinin qiyməti bahalaşır

14 Yan, 2019
16:14
7136

Azərbaycanda Həcc ziyarətinin qiyməti bahalaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan builki Həcc ziyarətinin təşkili ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyinin dəvəti ilə bu ölkədə səfərdə olub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, səfər zamanı Səudiyyə tərəfinin ziyarətlə bağlı builki şərtləri öyrənilib, zəvvarların qalacağı hotellər müəyyənləşdirilib.

Hazırda səfərdən qayıdan nümayəndə heyətinin təqdimatı əsasında idarədə builki qiymətlər, ayrılacaq kvota və digər şərtlər hesablanır.

Qiymətlərin bu il ötən ilə nisbətdə 50 və ya 100 ABŞ dolları daha baha olacağı gözlənilir. Ziyarət bu il də keçənilki kimi, iki variantda (VİP və sadə) deyil, yalnız bir variantda olacaq. Fevralın əvvəlinə qədər ziyarətlə bağlı Azərbaycanda sənəd qəbulunun elan ediləcəyi də nəzərdə tutulub. 

Qeyd edək ki, ötən il Azərbaycanda Həcc ziyarətinə səfər xərci 4150 ABŞ dolları olub, ümumilikdə isə 1440 nəfər ziyarət edib.

Xatırladaq ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini QMİ təşkil edir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri